Türkiyə millisi AVRO-2020-in qrup mərhələsinın III turunda İsveçrə seçməsinə 1:3 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Hakan Çalhanoğlu UEFA-nın rəsmi saytına açıqlamasında uğursuzluğu şərh edib.
"Bu turnir bizə məyusluq gətirdi. Ancaq səhvlərdən nəticə çıxarıb təslim olmuruq. Komandamız gəncdir. Biz mütləq irəliləyəcək", - deyə bildirib.
Qeyd edək ki, əvvəlki iki görüşdə - İtaliya (0:3) və Uels (0:2) seçmələrinə də uduzan Türkiyə millisi qrupda sonuncu olub.
Aygün