Fransa millisi AVRO-2020-nin qarşıdakı oyunlarına itki ilə çıxacaq.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.
Macarıstan ilə (1:1) oyunda zədələnən Usman Dembele qarşıdakı oyunları buraxmalı olacaq.
Qeyd edək ki, F qrupunda yer alan Fransa millisi keçirdiyi iki görüşdən bir qələbə və bir heç-heçə ilə 4 xalla liderdir. Yığma komanda III turun oyunu çərçivəsində 23 iyunda Portuqaliya ilə qarşılaşacaq.
Aygün