AÇ-2020-nin qrup mərhələsini maksimum nəticə ilə başa vuraraq 1/8 finala yüksələn Niderland millisi hücumçusunun xidmətindən məhrum olub.
Fanat.Az xəbər verir ki, "Sevilya"nın forvardı Lük de Yonq dizindən zədə aldığı üçün millinin düşərgəsini tərk edib.
Niderlandın millisinin rəsmi saytında sözügedən hücumçunun qitə birinciliyinin qalan oyunlarında komandaya kömək edə bilməyəcəyi barədə informasiya yerləşdirilib.
Qeyd edək ki, "narıncılar" daha öncə zədə üzündən Donni van de Beki də itirmişdi. UEFA turnirin bu mərhələsində heyətə yeni oyunçular cəlb edilməsinə icazə vermədiyindən baş məşqçi Frank de Burun sərəncamında 24 oyunçu qalıb.
Atilla