AVRO-2020-nin F qrupunda keçirilmiş Portuqaliya - Fransa matçının ən yaxşı futbolçusu bəlli olub.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Fransa yığmasının hücumçusu Kərim Benzema görüşün ən yaxşısı seçilib.
Qeyd edək ki, 2:2 hesabıyla başa çatan qarşılaşmada "xoruzlar"ın hər iki qolunu Benzema vurub.
Fanat.Az