Portuqaliya millisinin 66 yaşlı baş məşqçisi Fernandu Santuş komandasının AVRO-2020-nin 1/8 finalında Belçika yığması ilə düşməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, F qrupunda son oyununu Fransaya qarşı keçirən (2:2) kollektivin çalışdırıcısı UEFA-nın rəsmi saytına belə danışıb:
"Komanda şəklində apardığımız mübarizə xoşuma gəldi. Məndən Almaniya ilə oyundakı uğursuzluğun təkrarlanmaması üçün nə lazım olduğunu soruşanda, yalnız özümüzə bənzəməyin kifayət edəcəyini demişdim. Döyüş ruhunu itirmədən yaxşı mübarizə apardıq. Hə, ikinci hissəyə pis başladıq. Ancaq toparlana bildik. Əlbəttə, mükəmməlləşmək üçün çalışmalıyıq.
İndi ciddi rəqiblə - Belçika ilə oyuna hazırlaşmalıyıq. Reytinqə baxsaq, Belçika yığması birinci pillədədir. Amma hər şeyi müqayisə etsək, bu matçda bizə nə lazım olduğunu düşünməliyik".
Atilla