Qrup sonuncusu olan Polşa millisi Avropa çempionatı ilə erkən vidalaşıb.
Fanat.Az xəbər verir ki, uğursuzluğa baxmayaraq yığmanın baş məşqçisi Paulo Souza istefaya göndərilməyəcək.
Bu barədə ölkənin futbol federasiyasının prezidenti Zbiqnev Bonek məlumat verib.
Qurum rəhbəri tvitter səhifəsi üzərindən Paulo Souzanın işinə davam edəcəyini yazıb.
Qeyd edək ki, E qrupunda İsveç və İspaniya 1/8 finala adlayıb, Slovakiya və Polşa isə AVRO-2020 qrup mərhələsini adlaya bilməyib.
Aygün