Ukrayna millisinin təcrübəli qapıçısı Andrey Pyatov 1/8 finala yüksəlmələrindən danışıb.
Fanat.Az xəbər verir ki, qolkiperin söylədiklərini "Комаndа №1" belə çatdırıb:
"Hələ biz Xarkovda olanda Georgi Buşana doğum günümü Avropa çempionatında qarşılamaq istədiyimi demişdim. Doğum günüm iyunun 28-dədir. Son oyunumuzun final fiti səsləndiriləndə Jora həmin arzumu mənə xatırlatdı. Yeri gəlmişkən, qatıldığımız əvvəlki iki qitə birinciliyində də bunu arzulamışdım. Qismət elə gətirdi ki, üçüncü dəfə həyata keçdi.
Təsəsvvür edin, Avstriyanı udsaydıq, 1/8 finalda İtaliya ilə düşəcəkdik. Əlbəttə, İsveç də xoşagələn komandadır. Amma skandinaviyalıları məğlub etməyin mümkün və vacib olduğunu hamımız bilirik".
Qeyd edək ki, İsveç və Ukrayna yığmaları iyunun 29-da Qlazqodakı (Şotlandiya) "Hempden Park" stadionunda qarşılaşacaq.
Atilla