AÇ-2020-nin qrup mərhələsinin son turunda - F qrupu çərçivəsində keçirilən Portuqaliya - Fransa matçında (2:2) Kriştianu Ronalduya "kola" butulkası atıblar.
Fanat.Az xəbər verir ki, komandasının hər iki qolunu penaltidən vuran superulduz ikinci qolun sevincini Fransa fanatlarının olduğu tribunaya tərəf qaçaraq bayram edib.
Bu zaman ona tərəf atılan butulkanın fotosunu "RMC Sport" "Twitter"də paylaşıb.
Xatırladaq ki, qrup mərhəıləsinin ilk turuna təsadüf edən Macarıstanla görüşdən (3:0) sonra təşkil edilən mətbuat konfransında Ronaldu "kola"nı kənara itələmiş və hər kəsi yarışın sponsorlarından olan içkidənsə adi suya üstünlük verməyə səsləmişdi.
Atilla