AVRO-2020-nin 1/8 finalında Uelsi 4:0 hesabıyla məğlub edərək 1/4 finala yüksələn Danimarka millisi tarixi nəticəyə imza atıb.
Fanat.Az xəbər verir ki, skandinaviyalılar Avropa çempionatları tarixinə ardıcıl iki oyunda 4 qol vurmağı bacaran ilk komanda olub.
Xatırladaq ki, Danimarka yığması bundan əvvəlki oyunda da Rusiya yığmasını 4:1 hesabıyla məğlub etmişdi. Qrup mərhələsinə Finlandiya ilə oyundakı 0:1 hesablı məğlubiyyətlə start verən bu komanda, ikinci matçında da Belçikaya 1:2 hesabıyla yenilmişdi.
Fanat.Az