02:01 29.06.2021 1008

AVRO-2020: İspaniya və İsveçrə 1/4 finalda qarşılaşacaq

Avropa çempionatı davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün AVRO-2020-nin 1/8 final mərhələsində daha iki görüş reallaşıb.
 
Öncə Kopenhagendə (Danimarka) Xorvatiya və İspaniya milliləri qarşılaşıb. Yetərincə gərgin və maraqlı keçən matçın əsas vaxtı 3:3 hesablı bərabərliklə başa çatdığından əlavə vaxta ehtiyac duyulub. Daha iki qol vuran "buğalar" adını 1/4 finala yazdırıb.
 
Günün digər matçı isə Rumıniyanın paytaxtı Buxarestdə baş tutub. Bu oyunda Fransa və İsveçrə yığmaları qarşılaşıb. Argentinalı referinin idarə etdiyi qarşılaşma daha dramatik alınıb. Qalibi müəyyənləşdirməyən 90 dəqiqənin ardından (3:3) əlavə edilən vaxtda da qol olmayıb və 1/4 finala yüksələn tərəfin kimliyinə penaltilər seriyası aydınlıq gətirib. Yan Zommer Fransanın gənc ulduzu Mbappenin zərbəsindən sonra topu qaytararaq İsveçrənin növbəti mərhələyə adlamasına yardımçı olub.
 
İspaniya və İsveçrə 1/4 finalda üz-üzə gələcək.  Oyun Rusiyanın Sankt Peterburq şəhərində keçiriləcək.
 
Xatırladaq ki, daha öncə İtaliya, Danimarka, Çexiya və Belçika 1/4 finala yüksəlib. Danimarka və Çexiya milliləri iyulun 3-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.
 
AVRO-2020
1/8 final
28 iyun
 
20:00. Xorvatiya – İspaniya 3:5
Qollar: Pedri, 20-öz qapısına; Mislav Orşiç, 85; Mario Paşaliç, 90+3 - Pablo Sarabia, 38; Sesar Aspilikueta, 57; Ferran Torres, 77; Alvaro Morata, 100; Mikel Oyarzabal, 103
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
Kopenhagen. "Parken” stadionu.
 
Xorvatiya: 1. Dominik Livakoviç, 5. Duye Çaleta-Çar, 8. Mateo Kovaçiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlaşiç, 17. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Yosip Yuranoviç, 25. Yoşko Qvardiol.
İspaniya: 23. Unai Simon, 2. Sesar Aspilikueta, 5. Serxio Buskets (k), 7. Alvaro Morata, 8. Koke, 11. Ferran Torres, 12. Erik Qarsiya, 14. Xose Qaya, 22. Pablo Sarabiya, 24. Aymerik Laporte, 26. Pedri.


 
23:00. Fransa – İsveçrə 3:3 (penaltilər seriyası: 4:5)
Qollar: Kərim Benzema, 57;59; Pol Poqba, 75 - Haris Seferoviç, 15; 81; Mario Qavranoviç, 90
İstifadə edilməyən penalti: Rikardo Rodriqes, 55 (qapıçı)
Baş hakim: Fernando Andres Rapallini (Argentina)
Buxarest. Milli stadion.
 
Fransa: 1. Üqo Lyoris (k), 2. Benjamin Pavar, 3. Presnel Kimpembe, 4. Rafael Varan, 5. Kleman Lanqle, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 10. Kilian Mbappe, 13. Nqolo Kante, 14. Adrien Rabyo, 19. Kərim Benzema.
İsveçrə: 1. Yan Zommer, 3. Silvan Vidmer, 4. Niko Elvedi, 5. Manuel Akanci, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 10. Qranit Caka (k), 13. Rikardo Rodriqes, 14. Stiven Zuber, 23. Cerdan Şakiri.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

Facebookdan bizi izləməyi unutmayın.
X