Niderland millisinin müdafiəçisi Matteys de Liqt AÇ-2020-nin 1/8 final mərhələsində Çexiyaya yenildikləri oyundan sonra açıqlama verib.
Fanat.Az xəbər verir ki, de Liqt, 0:2 hesabıyla bitən görüşü belə şərh edib:
"Oyunun nəzarətimizdə olduğunu düşünürdüm. Xüsusilə də, ilk hissədə bir neçə qol vəziyyəti yaratsaq da, fərqlənə bilmədik. Aldığım qırmızı vərəqə həlledici oldu. Komandanı azlıqda qoyduğum üçün çox üzgünəm. Mənə görə uduzduq”.
Fanat.Az