Fransa millisinin qapıçısı Üqo Lyoris komandasının AVRO-2020-nin 1/8 finalında İsveçrədən aldığı məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, "beIN Sports" qolkiperin söylədiklərini belə çatdırıb:
"Bütün gücümüzlə mübarizə apardıq. Penaltilər seriyası lotereyadır. Bəxtimiz gətirmədi. İndi bu ağrının öhdəsindən gəlməliyik. Mbappenin qaçırdığı penalti? Yenilgiyə görə hamımız məsuliyyət daşıyırıq. Kimisə barmaqla göstərmək düzgün olmaz".
Qeyd edək ki, Fransa - İsveçrə oyununun əsas vaxtı 3:3 hesabıyla başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən oyunsonrası penaltilərə ehtiyac duyulub. İsveçrənin ilk 5 futbolçusu penaltini dəqiq yerinə yetirib. PSJ-nin ulduz hücumçusu Kilian Mbappenin topu tora qovuşdurmasına isə qapıçı mane olub.
Atilla