Niderland milli komandasının baş məşqçisi Frank de Bur postunu tərk edib.
Fanat.Az xəbər verir ki, məlumatı Niderland Futbol Federasiyasının rəsmi saytı yayıb.
De Bur 2020-ci ilin sentyabrından yığmaya rəhbərlik edirdi. Onunla müqavilənin müddəti 2022-ci ildə bitəcəkdi.
Niderland yığması Avropa çempionatının 1/8 final mərhələsində Çexiyaya 0:2 hesabı ilə uduzub və mübarizəni dayandırıb.
Fanat.Az