Avropa çempionatında 1/4 final mərhələsində qarşılaşacaq komandalar bəlli olub.
Fanat.Az xəbər verir ki, İsveçrə İspaniya, Belçika İtaliya, Çexiya Danimarka, Ukrayna isə İngiltərə ilə münasibətlərinə aydınlıq gətirəcək.
1/4 final matçları iyulun 2-də və 3-də baş tutacaq.
Xəbər verdiyimiz kimi, bu mərhələnin duellərindən biri ölkəmizdə reallaşacaq. İyulun 3-də Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka yığmaları üz-üzə gələcək.
AVRO-2020
1/4 final
2 iyul
20:00. İsveçrə – İspaniya
Sankt-Peterburq. Yeni Zenit stadionu.
23:00. Belçika – İtaliya
Münhen. "Alyans Arena”.
3 iyul
20:00. Çexiya – Danimarka
Bakı. Olimpiya stadionu.
23:00. Ukrayna – İngiltərə
Roma. Olimpiko stadionu.
Fanat.Az