Ukrayna millisinin müdafiəçisi Nikolay Matvienko AVRO-2020-nin 1/8 final oyununda - İsveçlə görüşün (2:1) əlavə vaxtında Andrey Şevçenkonun komandaya necə motivasiya verdiyini açıqlayıb.
Fanat.Az-ın məlumatına görə, Ukraynanın "Futbol 1" telekanalına danışan Matvienko belə deyib:
"Şevçenko bizi ruhdan düşməyə qoymurdu. Yalnız irəli səsləyirdi. Tez-tez "onlar bizdən çox yorulub" cümləsini təkararlayırdı. Hə, rəqibin aldığı qırmızı vərəqənin rolu yüz faiz oldu. Fotonu görmüşəm, dəhşət idi. Məncə, qələbə Besedinə (98-ci dəqiqədə Markus Danielsson Ukraynanın hücumçusu Artyom Besdinin dizinə ağır xəsarət yetirdiyi üçün meydandan qovulub - red.) həsr olunmalıdı. Bu, onun qələbəsidir".
Atilla