"Bavariya"nın və Almaniya millisinin hücumçusu Tomas Müller AVRO-2020-nin 1/8 finalında - İngiltərə ilə oyunda (0:2) boşa verdiyi real qol epizodunu unuda bilmədiyini vurğulayıb.
Fanat.Az xəbər verir ki, o, "Instagram" hesabında belə yazıb:
"O epizod uzun müddət yadımdan çıxmayacaq, gecələr yuxuma girəcək. Oyunçu çalışır, məşq edir, futbolla yaşayır... Həmin anda hər şey mənim əlimdə idi. Komandanı oyuna qaytara, xalqa zövqlü anlar bəxş edə bilərdim. Belə fürsəti boşa vermək çox ağrılıdır. Bu mənim, mənə güvənən baş məşqçinin, millidəki komanda yoldaşlarımın acısıdır. Amma hər şeydən çox bizi çətin şərtlər altında dəstəkləyən, yanımızda olan alman azarkeşlərə görə üzülürəm. Sizə dəstəyə görə təşəkkür edirəm".
Atilla