İtaliya millisinin hücumçusu Çiro İmmobile AVRO-2020-nin 1/4 finalı çərçivəsində keçirəcəkləri oyundan - Belçika ilə görüşdən danışıb.
Fanat.Az xəbər verir ki, forvard UEFA-nın mətxbuat xidmətinə açıqlama verib:
"Belçika millisi FİFA reytinqində birinci pillədədir. Bu, heyətində böyük oyunçular olan komandadır. Nəhəng potensiallarından xəbərimiz var. Biz ehtiyatı əldən verməməli və eyni zamanda, həmişəki oyunumuzu oynamalıyıq. Ola bilsin, belçikalı futbolçular bizdən bir qədər daha təcrübəlidi, amma bizdəki entuziazm da az şey deyil".
Qeyd edək ki, Belçika və italiya arasındakı matç iyulun 2-də Münhendəki "Alyans Arena"da baş tutacaq.
Atilla