17:09 02.07.2021 746

AVRO-2020: BNA açıqlama yaydı

İyulun 3-də AVRO-2020 Futbol üzrə Avropa çempionatının 4/1 final oyunu çərçivəsində Bakı Olimpiya stadionunda keçiriləcək Danimarka-Çexiya oyununa bilet alan azarkeşlərin təyin olunan məntəqələrdən stadionuna və geriyə daşınması üçün ekspress marşrut xətləri təşkil ediləcək.

Bu barədə Fanat.Az-a Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

X-1 marşrut xətti "Qara Qarayev” metro stansiyası yaxınlığında yerləşən "Sevinc” kinoteatırının önündən, X-2 marşrut xətti isə "28 May” metro stansiyası yaxınlığında yerləşən Səməd Vurğun parkının yaxınlığından - Dilarə Əliyava küçəsindən yola düşəcək. Hər iki xətt oyunun başlama vaxtından 3 saat əvvəl işə düşəcək və oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək. Oyun bitdikdən sonra isə ekspres xətlər üzrə əks istiqamətdə daşımalar yerinə yetiriləcək və ən son azarkeş geri daşınanadək fəaliyyət göstərəcək. Avtobusla geri qayıtmaq üçün azarkeşlər stadionu şərq və ya şimal qapıları istiqamətində tərk etməlidirlər.

Xaricdən gələn azarkeşlərin daşınması da ekspres xətt avtobusları ilə icra olunacaq. Bunun üçün P21 və P22 olmaqla əlavə iki ekspres xətt təşkil edilib. P21 xətti üzrə avtobuslar Xəlil Rza Ulutürk küçəsi-"Dəniz Mall"-un qarşısı, P22 xətti üzrə isə Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalı-Ağ şəhər Bulvarı və əks istiqamətlərdə hərəkət edəcəklər. Qeyd olunduğu kimi P21 və P22 xətti üzrə avtobuslar yalnız xaricdən gələn azarkeşlərin daşınması üçündür.

Azarkeşlərdən stadiona gələrkən şəxsi nəqliyyat vasitələrindən istifadə etməmələri tövsiyə olunur. Bəzi azarkeşlər avtomobillərini Bakı Olipmiya Stadionu ətrafındakı küçə və prospektlərdə qadağan olunan ərazilərdə park edirlər ki, bu da süni nəqliyyat sıxlıqlarına səbəb olur. Bu cür qanunsuz parklanma halları ilə əlaqədar Heydər Əliyev və Ziya Bünyadov prospektlərindən keçən müntəzəm və ekspress xətlər üzrə sərnişin avtobuslarının hərəkət intervalında yubanmalar yaranıb. Xüsusi ilə avtobusların "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə giriş-çıxışında çətinliklər müşahidə olunub. Sərnişinlərin rahat daşınması və lüzumsuz yerə vaxt itirməməsi üçün Bakı Olimpiya Stadionu ətrafındakı yollarda, o cümlədən yolun hərəkət hissəsində, ikinci cərgədə, yol kəsişmələrində, eyni səviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə park edilən digər yol hərəkəti iştirakçılarına ciddi maneə yaradan nəqliyyat vasitələri nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa təxliyyə olunacaq.

Ümidvarıq ki, hərəkət iştirakçıları tövsiyələri nəzərə alaraq müəyyən edilən qaydalara riayət edərək nəzərdə tutulan nəqliyyat əməliyyatlarının icrasına dəstək olacaqlar.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

Facebookdan bizi izləməyi unutmayın.
X