11:55 23.06.2017 303

Adı “Ginnesin rekordlar kitabı”na düşmüş futbolçular

1951-ci il noyabrın 10-da adi bir mərc nəticəsində İrlandiyanın “Ginnes" pivəbişirmə kompaniyasının direktoru Hyu Biverin ağlına dünyanın “ən"lərini bir araya toplayıb kitab halında nəşr etdirmək ideyası gəlir. 5 il sonra o, kompaniyanın maliyyə dəstəyi ilə “Ginnesin rekordlar kitabı"nı çap etdirir. Həmin kitabda dünyada rəsmi qeydə alınmış bir çox rekordlar toplanmışdı. 


“Ginnesin rekordlar kitabı” demək olar ki, hər il yenilənir. Artıq, ilk kitabın nəşrindən 61 il keçib. Bu illər ərzində futbolla bağlı bir çox rekordlar da sözügedən kitabın səhifələrində yerləşdirilib. Dünya futbol tarixində ilklərə və rekordlara imza atmış futbolçuların adları və nailiyyətləri də həmçinin. Bu sayımızda əlçatmaz görünən nailiyyətləri ilə adı həmin kitaba düşmüş futbolçulardan bəhs edəcəyik.


Jüst Fonten


Mərakeş əsilli fransalı bir mundialda ən çox qol vuran futbolçu kimi adını “Ginnesin rekordlar kitabı”na yazdıra bilib. “Reyms" və Fransa yığmasının hücumçusu 1958-ci il İsveçdə keçirilən dünya çempionatında 13 qol vurub. Onun bu uğuru günümüzə kimi dəyişməz qalır. Həmin çempionatla biğlı maraqlı fakt: Fonten bütün qollarını başqasının butsu ilə vurub. Çünki özününkünü oğurlamışdılar.


Rayan Giqqz


Uelsli futbolçu 4 göstərici ilə adını sözügedən kitaba yazdıra bilib. 1992-2004-cü illərdə İngiltərə Premyer Liqasında hər mövsüm oynayan futbolçu həm də bütün mövsümlərdə qol vurmağı bacarıb. Bundan başqa o, Premyer Liqa tarixində ən çox oyun keçirən futbolçudur. “Mançester Yunayted"lə qazandığı 13 çempionluq da çətin ki, indən belə kiminsə tərəfindən təkrarlansın.


Muarisio Baldiveso


Necə oldu ki, heç kimin tanımadığı bir futbolçu birdən-birə “Ginnesin rekordlar kitabı”na düşdü? Maurisio peşəkar səviyyədə ilk oyununa çıxanda onun cəmi 12 yaşı olub. Amma 12 yaşlı uşaq istedadına görə yox, atasına görə bu imkanı qazanıb. Əhvalat belə olub: 2009-cu il iyulun 19-da Boliviya çempionatında “Avrora" “La-Pas"ı qəbul edirmiş. “Avrora"da zədəli və cəzalı futbolçuların çox olması üzündən baş məşqçi Xulio Sezar Baldiveso gənc futbolçuların xidmətindən yararlanmaq məcburiyyətində qalıb. Oyunun 84-cü dəqiqəsində o, meydana öz oğlunu - 12 yaşlı Maurisionu buraxıb. Özü də “10 nömrə"li futbolka ilə. Matçın sonuna kimi Maurisio cəmi 3 dəfə topla təmasda olub və 1 cərimə zərbəsi qazanıb. Matç “La-Pas"ın minimal hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra klub rəhbərliyi baş məşqçinin bu hərəkətinə qarşı çıxıb və ondan bir daha oğlunu meydana buraxmamasını istəyib. Xulio Sezar isə rəhbərliyin bu tələbinə qarşı çıxıb. Nəticədə həm ata, həm də oğul komandanı tərk edib. Hər şeyə rəğmən Muarisio atasının hesabına məşhur olub. Onun peşəkar karyerasının davamı isə o qədər uğurlu alınmayıb. Hazırda 20 yaşı olan hücumçu “Xorxe Vilstermann"ın şərəfini qoruyur. 


Paolo Maldini


İtaliya futbolunun və “Milan"ın əfsanəsi adını kitaba 2008-ci ilin fevralında yazdırıb. Həmin vaxt Çempionlar Liqasında “Arsenal"la qarşılaşan “Milan"ı meydana kapitan kimi çıxaran Paolo 39 yaş 239 günlük idi. Bununla da o, Çempionlar Liqasında oynamış ən yaşlı kapitan kimi yadda qalıb.


Lotar Matteus


İstedadlı alman futbolçu adanı rekordlar kitabına dünya çempionatlarının final mərhələsində keçirdiyi oyun sayına görə yazdırıb. Lotar Matteus 5 mundialda iştirak edib. 1982-98-ci illər aralığında keçirilən həmin mundialların hamısında iştirak edən Matteus 25 oyunda meydana çıxıb.


Frans Bekkenbauer


Daha bir alman futbolçu Almaniya yığması ilə həm Avropa, həm də dünya çempionu olub. Əslində, öz ölkəsinin yığmasının heyətində bu cür uğur qazanan futbolçular az deyil. Dünya və Avropa çempionu olmuş futbolçuların sayv onlarladır. Məsələ burasındadır ki, Bekkenbauer bu uğurlardan birinə məşqçi kimi də imza atıb. O, 1990-cı ildə Almaniya yığmasının baş məşqçisi kimi dünya çempionu olub. Hələ ki, onun bu uğurlarını kimsə təkrarlamayıb. 


Pele


3 dəfə dünya çempionu olmuş Pele karyerası ərzində 1289 qolla “Ginnesin rekordlar kitabı”na düşüb. Bu qollardan 70-ni Braziliya yığmasının heyətində vurub. Amma fakt budur ki, Peledən də çox qol vuran futbolçu var. Pelenin həmyerlisi, 1892-ci ildə anadan olmuş “Pələng" ləqəbli Artur Fridenrayx karyerası ərzində 1329 qol vurub. Amma o, bu qolların bir hissəsini qeyri-rəsmi oyunlarda vurduğundan adı “Ginnesin rekordlar kitabı”na salınmayıb. Maraqlıdır ki, Fridenrayx 43 yaşına kimi futbol oynayıb. O, 1969-cu ildə dünyasını dəyişib. 


Pol Poqba və Kriştiano Ronaldo


Kriştiano Ronaldo ilk dəfə adını “Ginnesin rekordlar kitabı”na 2009-cu ildə yazdırıb. Həmin vaxt “Mançester Yunayted"dən “Real"a 90 milyon avroya keçdiyinə görə dünyanın ən bahalı futbolçusu olub. Lakin bu rekord ötən il yeniləndi. “Mançester Yunayted" “Yuventus"un futbolçusu Pol Poqbaya görə 105 milyon avro xərclədi. 


Ronaldo isə daha bir məqamla “Ginnesin rekordlar kitabı”na düşməyi bacarıb. Onun sosial şəbəkələrdəki izləyicilərinin sayı 250 milyonu keçib. Bununla da o, dünyanın ən populyar idmançısı olub.


Rojerio Seni


Rojerio hücumçu olmalıymış. Amma qapıçılığı seçib. Buna baxmayaraq, o, karyerası ərzində 135 qol vurmağı bacarıb. “San-Pualu"nun sabiq futbolçusu daha 2 dəfə yoldaşlıq oyunlarında, 2 dəfə isə karyerasında ilk komandası olan “Sinop"da fərqlənib. 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş qolkiperin bu rekordunu çətin ki, yaxın yüzillikdə kimsə təkrarlasın.


Bu da son deyil. Seni daha 2 nailiyyətinə görə “Ginnesin rekordlar kitabı”na düşməyi bacarıb. Belə ki, o, 1008 dəfə kapitan kimi komandasını meydana çıxarıb. Digər rekord isə ondan ibarətdir ki, Seni “San-Paulu"nun heyətində 1225 oyunda qapını qoruyub. İndiyə kimi heç bir futbolçu bir komandada bu qədər oyunda meydana çıxmayıb.


Miroslav Kloze


Alman hücumçu dünya çempionatlarının final mərhələsində ən çox qol (16) vuran futbolçudur. Buna kimi bu göstərici Ronaldoya məxsus idi. “Yekədiş"in aktivində 15 qol var idi. 


Martin Palermo


1999-cu ildə Amerika Kuboku turnirində bir oyunda 3 penalti vura bilməyən argentinalı Martin Palermonun da adı rekordlar kitabında var. Kolumbiya ilə matçda onun ilk cəhdindən sonra top qapı çatına tuş gəlmişdi. İkinci cəhddə topu qapının üstündən vuran Palermo üçüncü halda rəqib qapıçını keçə bilməmişdi. Maraq üçün qeyd edək ki, həmin oyunda Argentina 0:3 hesabı ilə məğlub olmuşdu. Martin isə qrup mərhələsi oyunlarında 3 dəfə fərqlənmişdi. Əlbəttə, oyundan.


Lionel Messi


2015-ci ildə 5-ci dəfə dünyanın ən yaxşı futbolçusu seçilən Messinin rekordlarının sayı bir deyil, beş deyil, onlarladı. Amma bu rekordu qırmaq hər kəsə nəsib olan iş deyil. Yalnız Ronaldodan başqa. Ötən il dünyanın ən güclüsü seçilən Kriştiano bu il də bu uğuru təkrarlasa, Messinin rekorduna şərik çıxmış olacaq.


Messinin kitaba düşən daha bir rekordunu da qeyd etməliyik. O, təqvim ili ərzində hamıdan çox qol vuran (91 qol) futbolçu adını özündə saxlayır.


Teo Uolkott


Müasir futbolda futbolçuların sürəti böyük önəm daşıyır. Amma daha belə də yox. 2010-cu ildə Çempionlar Liqasının “Arsenal" - “Şaxtyor" matçında ingilis futbolçu Teo Uolkott 36,7 km/s sürətlə qaçıb və bu göstərici ilə “Ginnesin rekordlar kitabı”na düşüb. Onun bu nailiyyətini sonradan təkrarlayan varmı? Bu haqda bilgi hələlik yoxdur.


Robert Levandovski


“Bavariya"nın polşalı hücumçusu dünyada ən tez edilən “penta-trik"in müəllifidir. “Volsburq"la oyunda onun 5  dəfə fərqlənməsi üçün cəmi 9 dəqiqə bəs etmişdi. Hələ ki, indiyə kimi heç bir futbolçuya bu cür uğura imza atmaq nəsib olmayıb.


Hakan Şükür


“Bosfor buğası" ləqəbli futbolçu 2002-ci il Cənubi Koreya və Yaponiyada keçirilən dünya çempionatında cəmi 1 qol vurdu ki, o da tarixə düşdü. 3-cü yer uğrunda Cənubi Koreya ilə matçda fərqlənən Hakanın Türkiyə millisinin bürünc medalları qazanmasında böyük rolu oldu. Sözügedən qol mundiallar tarixində ən tez vurulan qol kimi “Ginnesin rekordlar kitabı”na düşdü. Hakan oyunun 10,8-ci saniyəsində fərqlənmişdi.


Piter Şilton


İngilis qapıçı karyerası ərzində ən çox oyun keçirən futbolçu kimi rekord vurub. Piter Şilton 1966-1997-ci illər aralığında 11 komandanın şərəfini qoruyub. Bura yığmanı də əlavə etsək, say 12 olur. Bu komandaların heyətində üst-üstə 1391 oyunda çərçivəni qoruyan Şiltonun göstəricisi 20 ildir ki, dəyişməz qalır.


"Het-trik news" qəzeti

Oxşar xəbərlər

Xəbər lenti

14 Avqust 2020
20:41

"Səbail" - "Keşlə" oyunu heç-heçə bitdi

19:23

Həbib Nurməhəmmədov: "Turnikdə 12 dəfə dartına bilirəm"

17:50

Moldovada futbol çempionatı dayandırıldı

17:13

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:57

"Sumqayıt"da yeni hücumçu

16:30

İdmançılara tövsiyə: Bu ayaqqabılardan istifadə edilməlidir

16:07

"Mançester Siti" afrikalı oyunçunun klubuna 63 milyon təklif etdi

15:50

Əmir Ağayev Yunanıstan klubunda - RƏSMİ

15:28

Koronavirus "Qalatasaray" və "Trabzonspor"lulara da yoluxdu

15:02

Millimizin təlim-məşq toplanışı start götürdü

14:51

Çempionlar Liqası: "Barselona" "Bavariya"ya qarşı - YENİLƏNİR

14:37

Həbib karyerasını başa vurmağı düşünür?

14:19

“Qalatasaray”ın iki futbolçusu koronavirusa yoluxdu

14:03

"Qəbələ" monteneqrolu futbolçu ilə müqavilə imzaladı

13:46

"Keşlə" yeni qapıçı transfer etdi

13:13

Millimizin məşqçiləri yoxlama oyunlarını izləyəcək

12:55

"Sumqayıt" millimizin sabiq futbolçusuna məşqçilik təklif etdi

12:50

"Özümüzü Bakı səfərinə və avrokuboka kökləyəcəyik" - “Sileks”in müdafiəçisi

12:31

8 Premyer Liqa klubu "Qəbələ"nin bazasında - İCMAL

12:20

18 yaşlı boksçu atışmada öldürüldü

12:16

"Neftçi"nin son sınağı

12:10

Klublarımızın avrokubok oyunlarını bu kanallarda - TV AFİŞA

12:00

"Sumqayıt" iki hücumçu transfer edir - 3 futbolçu getdi

11:40

Azərbaycan çempionatı: "Neftçi" öndə, "Qarabağ" bir addımlığında

11:19

"Gələn il üçün planımız yoxdur" - UEFA prezidenti

10:51

DƏHŞƏT! 400 kq ağırlığı qaldırarkən canlı yayımda dizləri qırıldı - VİDEO

10:47

"Komandada hamı çox xoşbəxtdir" - "Neftçi"nin legioneri

10:30

Kriştianu Ronalduya şok zəng: "Səni istəmirəm"

10:13

Bakıda Qran-pri keçiriləcək

09:56

"Fənərbağça"da koronavirus şoku

09:40

"Atletiko" Çempionlar Liqası ilə vidalaşdı - VİDEO

01:50

Müller: "Messini saxlaya bilərik"

00:57

Çempionlar Liqası: “Layptsiq” "hindular"ı yarımfinalsız qoydu

13 Avqust 2020
22:01

Şehiç Superliqada klub dəyişdi

21:59

Kiyev "Dinamo"su İtaliya klubuna "qiymət oxudu"

21:31

Premyer Liqa klubları bu qış dincəlməyəcək

20:02

"Səbail" qapıçısı ilə vidalaşdı - RƏSMİ

19:48

"Yuventus"u Bekhemin klubuna dəyişdi - RƏSMİ

18:00

Yunuszadənin "Neftçi"si

17:18

UEFA yığmalarımızın iştirak edəcəyi turnirlərlə bağlı qərar verdi

16:11

AMADA-nın cəzalandırdığı idmançı: "Karyeramı başa vurmuşam"

16:08

"Səbail" "Keşlə" ilə qarşılaşacaq

15:33

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı - YENİLƏNİB

15:11

Ronaldu ilə bağlı "Barselona"ya şok təklif

14:58

Alman klubu "Qarabağ"a satmadığı futbolçunu pulsuz buraxır

14:37

Türk klubundan yeni transfer

14:14

Koronavirusa yoluxan “Barselona”lı futbolçunun adı açıqlandı

13:50

İkardinin arvadından yarıçılpaq FOTOLAR

13:31

"Liverpul" firuzəyi rəngi seçdi - FOTO

13:13

Neymar Messinin rekordunu yenilədi

12:53

Yaşıl meydandakı "çantalı kişi"

12:33

28 mövsümdə 37 poker

12:14

“Elxan Məmmədovla Parisdə tanış olmuşduq” - Canni De Byazi

11:50

Məşhur baş məşqçi "Barselona"nın təklifindən imtina etdi

11:36

Çempionlar Liqası iştirakçısına texniki məğlubiyyət

11:06

"Qarabağ" barədə düşünməyi qadağan etmişəm" - "Sileks"in baş məşqçisi

10:41

Dünya çempionatı ləğv olundu

10:27

Toya gedən Super Liqa ulduzu və hamilə xanımı koronavirusa yoluxdu - FOTO

10:10

Asim Xudiyev Çempionlar Liqası matçına təyinat aldı

09:57

"Qarabağ" - "Sileks" oyunu ukraynalılara tapşırıldı

09:43

"25 baş mənim düşündüyümü fikirləşsə..." - Millimizin yeni baş məşqçisi

09:31

Canni De Byazi yığmaların məşqini izləyib

09:22

"Qarabağ"ın sabiq qapıçısı "Fənərbağça"da

09:00

Çempionlar Liqasında ilk yarımfinalçı müəyyənləşdi - VİDEO

12 Avqust 2020
23:58

Matyuidi "Yuventus"dan getdi

22:43

"Qalatasaray" Emreni heyətinə qatdı - RƏSMİ

21:46

Riera "Qalatasaray"a döndü - RƏSMİ

19:52

"Fənər" Sassuolonun müdafiəçisini gətirir

18:25

İtalyan məşqçilər Bakıda nə qədər qalacaq?

18:15

"Kəpəz" baş məşqçi ilə müqaviləni rəsmiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.