Avropa Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək HJK (Finlandiya) - “Qarabağ” matçında Azərbaycan çempionunu dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlərin sayı açıqlanıb.
Fanat.Az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaq komanda üçün ayrılmış 626 ədəd bilet oyun günü - avqustun 17-də yerli vaxtla 17:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi "Bolt Arena"da, 9-cu qapının yaxınlığında satılacaq.
113-114-cü sektorlar üçün nəzərdə tutulmuş biletlərin qiyməti 20 avrodur.
Qeyd edək ki, bilet satışını meydan sahibi HJK klubu həyata keçirir.