Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşib.
Fanat.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab qarşılaşmaları eyni gündə və eyni vaxtda keçirilib.
“Atalanta” İtaliyada “Olimpik Marsel”i qəbul edib. İlk qarşılaşmadan qollu bərabərliklə ayrılan Berqamo təmsilçisi evdə Fransa komandasını darmadağın edərək adını finala yazdırıb.
Mərhələnin digər görüşü isə Almaniyada - bu mövsümün məğlubedilməzi “Bayer Leverkuzen” ilə “Roma” arasında reallaşıb. Romadakı matçda 0:2 hesabı ilə uduzan "canavarlar" səfərdə "Bayer"in uğurlu seriyasını qırmağa yaxın olsalar da, bunu həyata keçirmək mümkün olmayıb. Məhsuldar heç-heçə Xabi Alonsonun komandasına finalda "Atalanta"ya oynamaq hüququ verib.
UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, cavab görüşü
9 may
Bayer Leverkuzen – Roma 2:2
Qollar: Mançini, 83-öz qapısına, Stanisiç, 90+7 - Paredes, 43-pen.; 66-pen.
Baş hakim: Dani Makkeli (Niderland)
Leverkuzen. "Bay-Arena".
İlk oyun - 2:0
Atalanta – Olimpik Marsel 3:0
Qollar: Lookman, 30. Ruggeri, 52. Toure, 90+5.
Baş hakim: Xesus Xil Mansano (İspaniya)
Berqamo. "Atleti Adzirri Di İtalia".
İlk oyun - 1:1