Azərbaycan cüdoçusu Hidayət Heydərov (73kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, o, yarımfinalda Almaniya təmsilçisi İqor Vandtkeni məğlub edib.
Hidayət həlledici qarşılaşmada Ankzaya Lavjarqal (Monqolustan) və Tatsuki İşihara (Yaponiya) arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, kişilərin yarışında Yaşar Nəcəfov və Kamran Süleymanov (hər ikisi 66 kq), qadınların mübarizəsində isə Acelya Toprak (57 kq) uğursuz çıxış edərək yarışı mükafatsız başa vurublar.