Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, turnirin ilk təsnifat mərhələsi çərçivəsində altı görüş oynanılıb.
Azərbaycan təmsilçisi “Zirə” səfərdə Moldova “Şerif”i ilə üz-üzə gəlib ki, "qartallar" çətin rəqiblə görüşdən minimal hesablı məğlubiyyətlə dönüb. Bundan başqa, “Elfsborq” (İsveç) "Pafos"u (Kipr), "Pakş" (Macarıstan" "Hunedoara"nı (Rumıniya), "Rujomberok" (Slovakiya) "Tobol"u (Qazaxıstan), "Botev" (Bolqarıstan) "Maribor"u (Sloveniya) və "Visla" (Polşa) "Lyapi"ni (Kosovo) sınağa çəkib ki, bu matçlarda azı iki qol vurulub.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi
11 iyul
Elfsborq (İsveç) - Pafos (Kipr) 3:0
Pakş (Macarıstan) - Hunedoara (Rumıniya) 0:4
Rujomberok (Slovakiya) - Tobol (Qazaxıstan) 5:2
Şerif (Moldova) - ZİRƏ (AZƏRBAYCAN) 0:1
Botev (Bolqarıstan) - Maribor (Sloveniya) 2:1
Visla (Polşa) - Lyapi (Kosovo) 2:0