Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab görüşləri keçirilir.
Fanat.Az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən "Zirə" də növbəti oyununa çıxıb.
Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Bakıda “Şerif”i (Moldova) sınağa çəkib. Mərdəkanda “Liv Bona Dea Arena"da baş tutan qarşılaşmada hesabı "Zirə" açsa da, üstünlüyünü əldən verib. Əlavə vaxtda qol olmayıb və beləliklə, cütün qalibi penalti seriyasında müəyyənləşib. Fuad Bayramov sonuncu penaltini boşa verib və təmsilçimiz 4:5 uduzub.
Beləliklə, "Zirə" mübarizəni Konfrans Liqasında davam etdirəcək.
UEFA Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
18 iyul
Zirə - Şerif (Moldova) 1:2 (penalti seriyası - 4:5)
Qollar: Rafael Utziq, 5 - Əyyub Allaş, 54, Yade, 77.
Qırmızı vərəqə: Salifu Suma, 40
Hakimlər: Bulat Sariyev, Denis Labaşov, Yuri Tixonyuk, Aydın Tasıbayev (Qazaxıstan).
Mərdəkan. “Liv Bona Dea Arena".
"Zirə": 97. Tiaqo Silva, 4. Ruan Renato, 3. Ange Mutsinzi, 5. Stefan Aka, 15. Pyer Zebli, 19. Salifu Suma, 21. Hacıağa Hacılı, 23. Rafael Utsiq, 32. Qismət Alıyev, 70. İssa Cibrilla, 90. Davit Volkov
Ehtiyat oyunçular: Anar Nəzirov, Səlim Həşimov, Məqsəd İsayev, Elçin Əlicanov, Fuad Bayramov, İsmail İbrahimli, Junior Martins, Abbas İbrahim, Ceyhun Nuriyev, Rüstəm Əhmədzadə, Stepan Açka
Baş məşqçi: Rəşad Sadıqov
"Şerif": 16. Əl-Tumi, 3. Bookye, 18. Kyabu (k), 33. Lins De Almeyda, 50. Behiratçe, 8. Paulo, 10. Badolo, 66. Pata, 69. Ademo, 90. Yade, 9. Riak
Ehtiyat oyunçular: Straystari, Çelyadnik, Ouattara, Mbekeli, Forov, Dyinari, Miya, Despotovski, Payreli, Fernandes, Əyyub Allaş, Akanbi
Baş məşqçi: Yuri Qura