Bu gün Avropa Liqasının Liqa mərhələsində 1-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə 9 matç keçirilib.
“Qarabağ” səfərdə “Tottenhem”in qonağı olub. Təmsilçimizin Londonda tıxaca düşməsi səbəbindən matç 35 dəqiqə gec - Bakı vaxtı ilə 23:35-də başlayıb. 7-ci dəqiqədən azlıqda oynayan meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar.
Bu gün eyni zamanda "Qarabağ"ın Avropa Liqasında rəqibi olan 8 komandadan daha 5-i - "Malmö" (İsveç), "Ayaks" (Niderland), "Styaua" (Rumıniya), "Lion" (Fransa) və "Olimpiakos" (Yunanıstan) da ilk oyunlarını keçiriblər.
Türkiyənin 2 klubu da meydana çıxıb. “Fənərbağça” “Yunion”a qaib gəlib - 2:1. “Beşiktaş” Amsterdamda “Ayaks”a 0:4 hesabı ilə uduzub.
Qeyd edək ki, 2-ci turun matçları oktyabrın 3-də keçiriləcək.
Avropa Liqası
Liqa mərhələsi, 1-ci tur
26 sentyabr
"Fənərbağça" (Türkiyə) - "Yunion" (Belçika) - 2:1
Qollar: Söyüncü, 26, Burgess, 82 - Sayks, 90+3
"Malmö" (İsveç) - "Reyncers" (Şotlandiya) - 0:2
Qollar: Bayrami, 1, Makkauslend, 76
"Ayaks" (Niderland) - "Beşiktaş" (Türkiyə) - 4:0
Qollar: Kian Fitz Jim, 31, Qodts, 51, 73, Teylor, 55
"Roma" (İtaliya) - "Atletik" (İspaniya) - 1:1
Qollar: Dobvik, 32 - Paredes, 85
"Braqa" (Portuqaliya) - "Makkabi" (Təl-Əviv, İsrail) - 2:1
Qollar: Bruma, 88, 90+5-pen. - Davida, 30-pen.
Qırmızı vərəqə: Kaniçovski, 90+8, Asante, 90+9 ("Makkabi")
"Ayntraxt" (Almaniya) - "Viktoriya" (Çexiya) - 3:3
Qollar: Ekitike, 38, Ebimbe, 62, Kristensen, 67 - Sulç, 41, Adu, 86, Jemelka, 90+3
"Styaua" (Rumıniya) - RFS (Latviya) - 4:1
Qollar: Birliqea, 8, Stefanesku, 32, Olaru, 58, 69 - Lipusçek, 23
"Olimpik Lion" (Fransa) - "Olimpiakos" (Yunanıstan) - 2:0
Qollar: Çerki, 65, Benrahma, 71
"Tottenhem" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 3:0
Qollar: Brennon Conson, 12 (1:0), Pape Matar Sarr, 53 (2:0), Dominik Solanke, 69 (3:0)
Qırmızı vərəqə: Drequşen, 7 ("Tottenhem")