Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin son 2 matçı keçirilib.
Fanat.az xəbər verir ki, hər iki görüş Bakı vaxtı ilə 23:00-da start götürüb.
Almaniyanın Duysburq şəhərindəki "MSV Arena"da "Vulverhempton"u "Sevilya" ilə qarşılaşıb. İspaniya təmsilçisi sona yaxın istəyinə çataraq mərhələ adlayıb.
Helzenkirxendəki "AufŞalke Arena"da isə "Şaxtyor" "Bazel"lə üz-üzə gəlib. Ukrayna komandası adını yarımfinala darmadağınla yazdırıb.
Yarımfinalda "Sevilya” "Mançester Yunayted”lə oynayacaq. İspanlarla ingilislərin görüşü avqustun 16-da keçiriləcək. Bundan bir gün sonra isə "İnter” "Şaxtyor”la münasibətlərinə aydınlıq gətirəcək.
Avropa Liqası, 1/4 final
11 avqust
Şaxtyor (Donetsk, Ukrayna) – Bazel (İsveçrə) 4:1
Qollar: Moraes, 2. Tayson, 22. Patrik, 75-pen. Dodo, 88 – Volfsvinkel, 90+2.
Vulverhempton (İngiltərə) – Sevilya (İspaniya) 0:1
Qol: Okampos, 88.
Fanat.Az