Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, bununla da qitənin ikinci dərəcəli klub turnirində finalçılar müəyyənləşib.
London "Arsenal"ı "Vilyarreal"ı qəbul edib. Birinci qarşılaşmada 1:2 hesabıyla yenilən "topçular" evdə qol vurmağı bacarmayıb. Qolsuz bərabərlik İspaniya təmsilçisini finala yüksəldib.
"Mançester Yunayted" isə evdə darmadağın etdiyi "Roma"nın qonağı oluq. 2:2 hesablı heç-heçədən sonra "qırmızı şeytanlar"ın final oynayacağı dəqiqləşib.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.
UEFA Avropa Liqası, yarımfinal, cavab oyunları
Roma (İtaliya) - Mançester Yunayted (İngiltərə) 2:2 (2-ci hissə)
Qollar: Dzeko, 57. Kristante, 60 – Kavani, 39; 68.
İlk oyun – 2:6.
Arsenal (İngiltərə) - Vilyarreal (İspaniya) 0:0 (2-ci hissə)
İlk oyun – 1:2.
Fanat.Az