Bu gün Avropa Liqasında 2019/20 mövsümünə yekun vurulub.
Fanat.Az xəbər verir ki, turnirin final oyununda İspaniya "Sevilya"sı ilə İtaliya "İnter"i qarşılaşıb.
Almaniyanın Köln şəhərindəki "Reyn Energi" stadionunda keçirilən matç Bakı vaxtı ilə saat 23.00-da start götüb. Görüşü niderlandlı FIFA referisi Denni Makkeli idarə edib.
Buna qədər Avropa Liqasında 5 dəfə (2006, 2007, 2014, 2015 və 2016) finala çıxan "Sevilya" hamısında qalib gəlmişdi. Əndəlüs təmsilçisi mütləq rekordçu idi.
Milan komandasını üstələyən ispanlar AL-in baş ümkafatına növbəti dəfə sahib çıxıb
Avropa Liqası
Final
21 avqust
Sevilya (İspaniya) - İnter (İtaliya) 3:2
Qollar: Luuk de Yonq, 12 ; 33, Dieqo Karlos, 74 - Romelu Lukaku, 5-pen. Dieqo Qodin, 36.
Sevilya: 13. Bono, 5. Lukas Okampos, 10. Ever Baneqa, 12. Cules Kounde, 16. Xesus Navas (k), 19. Luuk de Yonq, 20. Dieqo Karlos, 23. Serxio Reguilon, 24. Xoan Cordan, 25. Fernando, 41. Suso.
İnter: 1. Samir Handanoviç, 2. Dieqo Qodin, 5. Roberto Qaqliardini, 6. Stefan de Vrij, 9. Romelu Lukaku, 10. Lautaro Martines, 15. Eşli Yonq, 23. Nikolo Barella, 33. Danilo Dambrosio, 77. Marselo Brozoviç, 95. Alessandro Bastoni.
Baş hakim: Denni Makkeli.
Almaniya, Köln. "Reyn Energi" stadionu.
Fanat.Az