"Təsnifat mərhələsini adlamaq yaxşı haldır. Lakin bu dəfə xüsusi alındı. Çünki 50-60 dəqiqə azlıqda mübarizə apardıq, seçim imkanımız azaldı. Bəzən gücümüz tükəndi, şansın bitdiyini düşündük".
Fanat.Az xəbər verir ki, bu sözləri Albaniyanın "Laçi" komandasının baş məşqçisi Armando Kunqu "Keşlə"ni məğlub etdikləri UEFA Avropa Liqasının I təsnifat mərhələsi matçı barədə danışarkən deyib.
47 yaşlı mütəxəssis "Panorama" nəşrinə bildirib ki, "Möhkəm, kompakt komandayıq. Bunu çempionatda göstərmişik. Futbolçulara qol buraxmadan oyunu 91-ci dəqiqəyə qədər gətirmələri üçün cəsarətləndirdim. Standart vəziyyətlərdə ehtiyatlı olmağı söylədim. Sonra isə onlarla ünsiyyət qurmaq üçün fürsətimiz oldu. Tapşırdım ki, sağlam olmalı və parçalanmamalısınız. Onlara "Qəhraman olmaq üçün həmin gecə gəldi" söylədim".
Qeyd edək ki, "Laçi" əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitən matçda "Keşlə"ni penaltilərlə üstələyib - 5:4.
Fanat.Az