Almaniyanın "Bavariya" və İspaniyanın "Sevilya" komandaları arasında keçirilmiş UEFA Super Kuboku uğrunda matçdan sonra həftənin oyunçusu açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə yarışın rəsmi "Twitter" səhifəsində məlumat yayılıb.
Xəbərə görə, bu ada Münhen təmsilçisinin qapıçı Manuel Noyer layiq görülüb. 34 yaşlı qolkiper qarşılaşma ərzində 4 dəfə komandasını qoldan xilas edib.
Qeyd edək ki, "Bavariya" rəqibini əlavə vaxtda 2:1 hesabı ilə məğlub edərək UEFA Super Kubokunu qazanıb.
Fanat.Az