"Qarabağ"la oyunda topu itirdikdən sonra məni ən çox komandanın meydandakı dinamikası maraqlandırır. Bu komanda ilə oynamağın yolu meydanın rəqibə aid hissəsində onlara qarşı güclü təzyiq etmək və hücumların qarşısını almaqdır. Əks halda, təhlükəli hücumlar təşkil edə bilərlər".
Fanat.Az xəbər verir ki, bu sözləri Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
Mütəxəssis "przegladsportowy.pl" nəşrinə açıqlamasında Azərbaycan çempionu ilə matçda meydana fərqli "11-lik" çıxacağını qeyd edib: "Xüsusən, meydanın mərkəzini gücləndirməliyik. Bunu yaxşı ideya hesab edirəm. Legionerlər isə cinahlardan sürətli hücuma keçməlidirlər. Kosovo çempionu "Drita" ilə matçdan fərqli, meydana başqa heyət buraxmaq lazımdır. Çünki bu dəfə daha çox qol epizodu yaratmalıyıq".
Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Fanat.Az