"Qarabağ"la birlikdə Avropa Liqasının I qrupda mübarizə aparacaq "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay püşkü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 57 yaşlı mütəxəsis hədəflərinin Avropa Liqasında uğur qazanmaq olduğunu bildirib:
"Digərlərinə baxanda bizim qrupumuz yaxşıdır. İnanıram ki, bu qrupdan çıxacağıq. Amma asan deyil. Ölkə reytinqi üçün xallara ehtiyac var, bu da bizi daha çox iddialı edir. Ölkəmiz üçün mübarizə aparacağıq. Hədəflərimdən biri avrokuboklarda uğur qazanmaqdır".
Türkiyə klubunun çalışdırıcısı "Qarabağ"ın güclü komanda olduğunu bildirib:
"Vilyarreal"ın adını çəkmirəm, onsuz da hamı tanıyır. "Qarabağ" və "Makkabi" də güclü komandadır. Heyətimizi Avropa Liqasına uyğun qurmuşuq. Biz bu qrupdan çıxaracağıq".
Qeyd edək ki, "Qarabağ" "Sivaspor"la yanaşı, İsrailin "Makkabi" və İspaniyanın "Vilyarreal" klubları ilə mübarizə aparacaq.
Fanat.Az