UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyə "Sivasspor"u ilə "Qarabağ" arasında keçiriləcək matçın hakimləri dəyişib.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Görüş İsveçrədən olan hakimlərə tapşırılıb. Referi Sandro Şörerə Stefan de Almeyda və Bekim Zoqay kömək edəcək.
Avropa futbol qurumu daha əvvəl oyunu Joao Pineyronun rəhbərlik etdiyi portuqaliyalı hakimlərə tapşırmıışdı. Görüşün 4-cü hakimi Portuqaliyalı Yanku Yoan Vasilitsa dəyişdirilməyib.
Fanat.Az