Türkiyə Super Liqasının VIII turunda "Sivasspor"un qonağı olacaq "Qalatasaray" rəqibini yaxından analiz edir.
Fanat.Az xəbər verir ki, İstanbul klubunun məşqçiləri bu məqsədlə Sivas təmsilçisinin bu gün "Qarabağ"la Avropa Liqasının I qrupunun III turunda keçirəcəyi oyunu izləyəcəklər.
"Yeni Sivas 4 Eylül" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21.55-də start götürəcək.
Qeyd edək ki, "Sivasspor" - "Qalatasaray" matçı noyabrın 8-də olacaq.