11:09 06.11.2020 1112

Türk futbolçunun bir oyunda qırmadığı rekord, imza atmadığı ilk qalmadı - FOTOLAR

Fransanın "Lill" klubunun futbolçusu Yusuf Yazıcı Avrupa Liqasının qrup mərhələsinin III turu çərçivəsində səfərdə "Milan”la keçirdikləro oyuna damğa vurub.

Fanat.Az xəbər verir ki, Türkiyə millisinin üzvü Avropa Liqasının ilk turunda "Sparta" (Praqa, Çexiya) ilə oyunda da etdiyi het-triklə Avropanın gündəminə gəlmişdi. 

Bu dəfə futbolçu "Milan” matçında da eyni uğura imza ataraq adını tarixə yazıb. Yusuf Yazıcı 22, 55 və 58-ci dəqiqələrdə vurduğu qollarla Milanda "Lill”ə 3:0 hesablı qələbə qazandırıb.

Cəmi 14 gündən sonra yenidən het-trik sevincini yaşayan Yusuf Yazıcı turnirdə qol sayını 6-ya çatdırıb və "Lill" - "Milan” matçının ən yaxşı oyunçusu seçilib.

Türk futbolçu bu mövsüm Avropa Liqasında ikinci het-trik edərək bir avrokubok mövsümündə iki səfər oyununda het-trik edən ilk oyunçu kimi tarixə düşüb.

23 yaşlı futbolçu Avropa Liqası mövsümünün qrup mərhələsində iki het-trik edən ilk oyunçu adını da əldə edib.

Bundan başqa, türk ulduz 6 qolla Avropa Liqasının bombardirlər yarışında zirvəyə yüksəlməyi bacarıb. Yusuf Yazıcını hərəyə 4 qol vuran Darvin Nunez (Benfika, Portuqaliya), Mixael Liendl (Volfsberger, Avstriya), Pako Alkaser (Vilyarreal, İspaniya), Elton Akolatse (Hapoel Beer Şeva, İsrail) və Maykl İshak (Lex, Polşa) izləyir.

Bu nəticə ilə "Milan”ın 24 oyunluq məğlubiyyətsiz seriyasına son qoyulub. Bundan əvvəl "qırmızı-qaralar" 8 martda "Cenoa”ya qarşı sonuncu dəfə məğlub olmuşdu.

Yusuf Yazıcı 2012/13 mövsümündə Burak Yılmazdan sonra bir avrokubok mövsümündə 6+ qol vuran ilk türk oyunçu olub.

Yusuf Yazıcı avrokuboklar tarixində "San Siro” stadionunda "Milan”la oyunda het-trik edən ikinci oyunçu olub. Sonuncu dəfə 19 il əvvvəl "San Siro”da braziliyalı Rivaldo het-trik etməyi bacarmışdı (2000/01 mövsümü).

Yusuf Yazıcı "Milan”a qarşı tarixi oyunla Avropa Liqasında bir mövsümdə bir dəfədən çox het-trik edən oyunçuların siyahısına da girməyi bacarıb. Bu siyahıda Radamel Falkao (2010/11), Klaas-Jan Huntelaar (2011/12), Edin Dzeko (2016/17), Manuel Fernandes (2017/18) və Dioqo Jota (2019/20) var.

Yusuf Yazıcı Avropa kuboklarında bir italyan komandasına qarşı bir fransız komandası ilə het-trik edən ikinci oyunçu olub. 1977-ci ildə "Qalatasaray”a transfer olunduqdan sonra Dündar Siz adını alan Didier Six "Lans” forması ilə "Latsio” qapısına 3 qol vurmuşdu.

"Lill”in baş məşqçisi Kristof Qaltier oyundan sonra "Yusuf Yazıcı başda olmaqla bütün oyunçularımla qürur duyuram. "Milan”a qarşı tarixi bir qələbəmiz oldu. Renato Sançes və Yusuf Yazıcının çıxışı ötən mövsüm çox yaxşı investisiya qoyduğumuzu göstərir", deyib.

"Milan”ın baş məşqçisi məşqçisi Stefano Pioli Yusuf Yazıcının üçüncü qolundan sonra taktikanı dəyişdirməli olub. 58-ci dəqiqədə Yusuf Yazıcı özü və komandası üçün üçüncü qolunu vurandan sonra Zlatan İbrahımoviç meydandan buraxılıb.

Digər tərəfdən Zlatan İbrahimoviç Stefano Piolinin onu oyundan çıxarmasından razı qalmayıb. Öz bədən diliylə qərardan razı qalmadığını açıq şəkildə bəlli edən ulduz oyunçu meydanı tərk edərkən baş məşqçisindən şikayətlənib.

"Yusuf Yazıcı bizi cəzalandırdı. Bu matçdan dərs almalıyıq", deyə matçdan sonra danışan Pioli deyib. O, türk oyunçunun performansı qarşısında aciz qaldıqlarını etiraf edib.

"Lill” və Yusuf Yazıcı "Milan”ı əzərək həyəcana səbəb oldu”, bu başlıqla Fransız qəzeti "L'Equipe” Yusufun performansını manşetə çıxarıb. Qəzet ayrıca Yusuf Yazıcıya 9, Zlatan İbrahimoviçə isə 4 xal verib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

Facebookdan bizi izləməyi unutmayın.
X