18:26 06.11.2020 912

Rıza Çalımbay: “Qarabağ”ı məğlub etməyə borclu idik”

"Qrupda artıq 3 oyun keçirmişik. Hər üç matçda yaxşı çıxış etdik və qol vurduq”.

Fanat.Az xəbər verir ki, bunu "Sivasspor”un baş məşqçisi Rıza Çalımbay deyib.

Təcrübəli mütəxəssis yerli mətbuata açıqlamasında komandasının Avropa Liqasının qrup mərhələsində keçirdiyi ilk 3 oyunu dəyərləndirib. Çalımbay hər üç qarşılaşmanı yüksək səviyyədə keçirdiklərini söyləyib: "İlk 3 oyunu müqayisə etsək, "Vilyarreal”la qarşılaşmanı daha yaxşı keçirdiyimizi deyə bilərəm. Səfərdə 3 qol vursaq da, şanssız şəkildə məğlub olduq. "Makkabi” ilə Sivasdakı görüşdə də bəxtimiz gətirmədi. Qırmızı vərəqə aldıq, qapımıza penalti təyin olundu. Amma yenə də təslim olmadıq. Üçüncü oyunda "Qarabağ”ı məğlub etməyə borclu idik. Kollektiv şəkildə yaxşı çıxış etdik və istəyimizə çatdıq. 2:0 hesabı ilə qalib gəldik, amma son ötürmələrdə diqqətli olsaydıq, hesab daha böyük ola bilərdi. Əsas odur ki, qələbə qazandıq”.

Baş məşqçi qrupdan çıxmaq üçün sona qədər mübarizə aparacaqlarını vurğulayıb: "Növbəti oyunumuz yenə "Qarabağ”a qarşı olacaq. Məqsədimiz yenə qələbə qazanmaq olacaq. Daha sonra "Vilyarreal”la burada qarşılaşacağıq. Bizim üçün əsas oyunlar ondan sonra başlayacaq”.

Heyətdə bir neçə itkinin olmasından gileylənən Çalımbay milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə zamanı onların da sıraya dönəcəyinə və "Qarabağ”la cavab qarşılaşmasına tam heyətlə hazırlaşacaqlarına ümid edir.

Baş məşqçi sonda Türkiyə Super Liqasının VIII turunda "Qalatasaray”la keçiriləcək ev oyununa da toxunub. O, matça yorğun çıxacaqlarını düşünür: "Qalatasaray”ın kifayət qədər yüksək keyfiyyətli və alternativli heyəti var. Zədəlilərimizin olması bizə problem yarada bilər. Rəqibin ən böyük üstünlüyü bir həftədir rahat hazırlıq keçməsidir. Biz isə bir həftə ərzində "Hatayspor” və "Qarabağ”a qarşı yüksək templi oyunlar keçirdik. Bu baxımdan rəqibin üstünlüyü var”.

Qeyd edək ki, "Qarabağ”la "Sivasspor” arasında IV tur matçı noyabrın 26-da keçiriləcək. (Apasport.az)
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2025
20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

09:45

Ərəb şeyxi Taysonu fikrindən döndərdi - "Ovlamalı olduğumuz bir dovşan var"

09:23

"Şamaxı"nın 4 yeni oyunçusunun komandaya qoşulacağı tarix bilindi

09:00

"Mən qarşısıalınmaz olacam" - Lamin Yamal

00:11

Azərbaycan güləşçisi Avropa çempionu oldu

02 İyul 2025
23:37

"Monterrey"in baş məşqçisi "Borussiya"ya məğlubiyyətdən sonra belə danışdı

23:25

Ərəb şeyxi "Mançester Siti"yə qalib gələn "Əl-Hilal"lı futbolçuları "pul yağışı"na tutdu - MƏBLƏĞ

22:52

Berluskoninin ailəsindən alınan "Montsa" yeni sahibinə qovuşdu

22:14

Azərbaycan Güləş Federasiyasının yeni təlim-məşq mərkəzi açıldı

Facebookdan bizi izləməyi unutmayın.
X