"Qarabağ" komandası Avropa Liqasının qrup mərhələsinin V turunda İsrailin "Makkabi" komandası ilə matç üçün Türkiyəyə yola düşüb.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi İstanbul şəhərinə yollanıb.
Komandanın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxduğu üçün səfərdə yer almayıb.
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək "Qarabağ” – "Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.
Fanat.Az