Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşlərindən sonra həftənin oyunçusu adına namizədlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Bu ada namizədlər siyahısına İngiltərə "Arsenal"ının yarımmüdafiəçisi Bukayo Saka, İtaliyanın "Roma" klubunun hücumçusu Edin Ceko, İspaniya "Vilyarreal"ının forvardı Jerar Moreno və İngiltərə "Mançester Yunayted"inin müdafiəçisi Aaron Van-Bissaka yer alıb.
Qalibin adı UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
Qeyd edək ki, yarımfinalda "Vilyarreal" "Arsenal"a, "Roma" isə "Mançester Yunayted"ə rəqib olub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol