Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunları üçün hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
"Arsenal" - "Vilyarreal" görüşünü sloveniyalı referi Slavko Vinçiç idarə edəcək. Ona Tomaz Klançnik və Andraz Kovaçiç köməklik edəcək. Dördüncü hakim funksiyasını Matey Yug yerinə yetirəcək.
"Roma" - "Mançester Yunayted" matçı isə almaniyalı hakim Felix Brixə ə həvalə olunub. Ona Mark Borş və Stefan Lupp köməklik edəcək. Feliks Zvayer dördüncü hakim olacaq.
Qeyd edək ki, mayın 6-ı keçiriləcək hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Fanat.Az