Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Namizədlər sırasında "Mançester Yunayted"dən Edinson Kavani, "Arsenal"dan Pablo Mari, "Roma"dan Brian Kristante və "Vilyarreal"dan Raul Albiol yer alıb.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
Fanat.Az