Avropa Liqasında final görüşündən sonra həftənin oyunçusu adına namizədlər açıqlanıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, namizədlər sırasında "Mançester Yunayted"dən yarımmüdafiəçi Skott Maktominay və hücumçu Edinson Kavani, "Vilyarreal"dan isə orta sahə oyunçusu Etyen Kapu və forvard Jerar Moreno yer alıb.
Qeyd edək ki, Polşanın Qdansk şəhərində təşkil olunmuş qarşılaşmanın əsas vaxtı heç-heçə ilə yekunlaşıb - 1:1. Penaltilər seriyasında "Vilyarreal" "Mançester Yunayted"ə 11:10 hesabı ilə qalib gəlib.
Fanat.Az