Avropa Liqasında finalın ən yaxşısı bəlli olub.
Fanat.Az xəbər verir ki, İspaniyanın "Vilyarreal” klubunun yarımmüdafiəçisi Etyen Kapu həlledici matçın ən yaxşısı seçilib.
Fransalı "Mançester Yunayted”lə görüşdə 81 faizlik dəqiq ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Vilyarreal” əsas vaxtı 1:1 hesabıyla başa çatan final görüşündə penaltilərlə 11:10 qalib gələrək Avroliqanın qalibi olub.
Fanat.Az