Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, C qrupunda azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” (Polşa) səfərdə “Lester Siti”nin (İngiltərə) qonağı olub.
Start "11-lik"də yer alan Mahir 26-cı dəqiqədə penaltini imkanından yararlana bilməyib. Varşava təmsilçisi isə meydan sahiblərinə 1:3 hesabı ilə uduzub. Nəticədə Polşa komandası qrupda sonuncu pilləyə düşüb.
Qrupun digər qarşılaşması ötən gün baş tutub. Rusiyanın “Spartak” (Moskva) klubu İtaliya təmsilçisi “Napoli”ni qəbul edib. Üç qolun qeydə alındığı oyunda qələbəni meydan sahibləri bayram ediblər.
Avropa Liqası
C qrupu, 5-ci tur
25 noyabr
"Lester" (İngiltərə) - "Legiya" (Polşa) 3:1
Qollar: Daka, 11. Maddison, 21. Ndidi, 33 – Mladenoviç, 26.
24 noyabr
“Spartak” (Moskva, Rusiya) – “Napoli” (İtaliya) 2:1
Qollar: Sobolyov, 3-pen; 28 – E.Elmas, 64.
Moskva, “Spartak” stadionu.
S | Komanda | O | Q | H | M | V | B | F | X | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Lester | 5 | 2 | 2 | 1 | 10 | 8 | +2 | 8 | |
2 | Spartak | 5 | 2 | 1 | 2 | 9 | 9 | 0 | 7 | |
3 | Napoli | 5 | 2 | 1 | 2 | 12 | 8 | +4 | 7 | |
4 | Legiya | 5 | 2 | 0 | 3 | 4 | 10 | -6 | 6 |
1/8 final | Pley-off | Konfrans Liqa/pley-off |
---|