10:55 17.05.2022 425

"Ayntraxt"ın baş məşqçisi: "İspaniyadan kubokla qayıtmaq üçün hər şey edəcəyik"

Frankfurt “Ayntraxt"ının baş məşqçisi Oliver Qlasner Avropa Liqasının finalında Şotlandiyanın “Reyncers” komandasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, Almaniya təmsilçisinin çalışdırıcısı Sevilyadan kubokla qayıtmağa kökləndiklərini bildirib: 

“Reyncers"in planlarına təsir edə bilmərik, lakin öz oyunumuza cavabdehik. Düşündüklərimizi meydanda necə həyata keçirəcəyimiz barədə fikirləşirik. İstəyirəm ki, rəqibin zəif tərəflərinə yox, güclü tərəflərimizə görə qalib gələk. Komandanı belə hazırlayırıq.

Avropa yarışlarından söhbət düşəndə insanların üzündə təbəssüm yaranır, azarkeşlər özlərini qeyri-adi hiss edirlər. Həmin hisslər sahəyə ötürülür. Bu son dərəcə mühüm, inanılmaz dərəcədə vacib bir məqamdır. İspaniyadan kubokla qayıtmaq və bir-iki gecəni azarkeşlərimizin əhatəsində qeyd etmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, "Ayntraxt" - "Reyncers" matçı sabah Sevilyada keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X