AFFA “Məktəbli kuboku” turnirinə sponsor axtarır.
Fanat.Az xəbər verir ki, məlumatda belə deyilir:
“Ölkənin ən kütləvi futbol turniri olan “Məktəbli kuboku”nun titul sponsoru adına sahib olmaq istəyən şirkətlər Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına müraciət edə bilər. Müraciətləri 23 dekabr 2022-ci il, saat 16:00-a qədər AFFA-nın elektron poçt ünvanına göndərmək olar”.
Qeyd edək ki, “Məktəbli kuboku” 2009-cu ildən keçirilir.