“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Belçika “Gent”i qış hazırlıqlarını ölkə xaricində keçirir.
Fanat.Az xəbər verir ki, komanda İspaniyanın Oliva şəhərində təlim-məşq toplanışındadır.
"Gent"in toplanışı bir həftə davam edəcək. Daha sonra Belçikaya dönəcək komanda mövsümün qalan hissəsinə hazırlaşacaq. "Qarabağ"ın rəqibi ikinci dövrənin ilk turu çərçivəsində dekabrın 23-də "Standard"la qarşılaşacaq. "Gent" Jüpiler liqasında əsas mərhələnin ilk dövrəsini 5-ci pillədə və liderdən 16 xal geridə başa vurub.
Xatırladaq ki, "Qarabağ"la "Gent"in ilk oyunu fevralın 16-da Bakıda keçiriləcək. Cavab görüşü isə həmin ayın 23-də Belçikada baş tutacaq.
Mirağa