Azərbycan Premyer Liqasının XVII turunda keçirilən "Kəpəz" - "Sabah" matçı 2:2 hesabı ilə başa çatıb.
Fanat.Az xəbər verir ki, görüşdən sonra mətbuat konfransında çıxış edən paytaxt klubunun baş məşqçisi Murad Musayev oyunu belə şərh edib:
“Matç çətin keçdi. Çünki “Kəpəz” kompakt, sıx müdafidə olunurdu. Bu cür müdafiəni yarmaq çətindir. Daha çox “asma”lardan və ara ötürmələrindən istifadə etməli olurduq. “Kəpəz” əks-hücumlarda yaxşı çıxış etdi, qollar vurdular. Şadam ki, hesabı bərabərləşdirməyi bacardıq. Gəncədən xalla qayıtmaq çox önəmli idi.
Rəqibimiz sıx müdafiə olunurdu. Biz isə daha sürətli oynamağa məcbur idik. Daha tez keçidlər etməliydik. Bunlar hamısı yekun nəticəni müəyyənləşdirdi.
İlk “qırmızı”da nizam-intizam pozuntusu var idi. “Səbail”lə görüşdə qapıçının texniki səhvi oldu. Bugünkü vərəqə isə olmamalı idi. Top meydandan çıxmışdı, yan xətt hakimi buna işarə edirdi. Dördüncü hakim isə davam etməsini dedi. Oyunu davam etdirdikdən sonra rəqib oyunçumuzu itələdi və bizim futbolçumuza qırmızı vərəqə göstərildi”.