Futbol üzrə I Divizionda XV tura start verilib.
Fanat.Az xəbər verir ki, turun ilk oyun günü 3 matç baş tutub.
"Qarabağ" və "Qəbələ"nin əvəzediciləri hərəyə 1 qol vurub 1 xal qazanıblar. "Neftçi-2" MOİK-ə uduzub. Görüşdə hər üç qolu "hərbçilər"in hücumçusu İlham Allahverdiyev vurub. O, bu qollardan birini öz komandasının, ikisini isə rəqibin qapısına vurub.
Turun sürpriz nəticəsi isə "İmişli" "Turan Tovuz" matçında qeydə alınıb. Autsayder mövqeyində olan Aran təmsilçisi liderin ən yaxın izləyicisini əliboş yola salmağı bacarıb.
I Divizion
XV tur
16 dekabr
“Qarabağ-2” – “Qəbələ-2” 1:1
Qollar: Seyxan Fərəcov, 41 - Rauf Məhərrəmov, 44.
Hakimlər: Cavid Cəlilov, Şirmamed Mamedov, Samir Qaracayev, Əkbər Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Binə qəsəbə stadionu, 13:30
“Neftçi-2” – MOİK 1:2
Qollar: İlham Allahverdiyev, 56-öz qapısına - İlham Allahverdiyev, 24, 86.
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança), 14:00
“İmişli” – “Turan Tovuz-2” 1:0
Qol: Comard Baxşəliyev, 41-pen.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Asiman Əzizli, İslam Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Saatlı OİK stadionu, 14:00