14:57 28.12.2022 324

AFFA "Səbail"i cərimələdi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Fanat.Az toplantıda qeydə alınan qərarları təqdim edir:

19.12.2022-ci il tarixində Azərbaycan Kuboku ¼ final mərhələsinin “Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39.).

20.12.2022-ci il tarixində Azərbaycan Kuboku ¼ final mərhələsinin “Neftçi” – “Zirə” oyununda “Neftçi” komandasının 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39.).
 
20.12.2022-ci il tarixində Azərbaycan Kuboku ¼ final mərhələsinin “Neftçi” – “Zirə” oyununda “Zirə” komandasının 19 nömrəli oyunçusu Təmkin Xəlilzadə oyunun 120+1-ci dəqiqəsində ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.2).
 
20.12.2022-ci il tarixində Azərbaycan Kuboku ¼ final mərhələsinin “Neftçi” – “Zirə” oyununda “Zirə” komandasının 21 nömrəli oyunçusu Hacıağa Hacılı oyunun 120+2-ci dəqiqəsində ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.2).
 
20.12.2022-ci il tarixində Azərbaycan Kuboku ¼ final mərhələsinin “Turan Tovuz”   – “Kəpəz” oyununda “Turan Tovuz” komandasının 1 nömrəli oyunçusu Tərlan Əhmədli oyundan sonra ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.2).
 
20.12.2022-ci il tarixində Azərbaycan Kuboku ¼ final mərhələsinin “Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələrin işlənməsinə görə “Turan Tovuz” klubu 4000 manat cərimə edilsin   ( maddə 41.7.).
 
20.12.2022-ci il tarixində Azərbaycan Kuboku ¼ final mərhələsinin “Turan Tovuz” – “Kəpəz” oyununda meydana kənar əşyaların atılmasına görə “ Turan Tovuz” klubu 1600 manat cərimə edilsin ( maddə 51.1.).
 
20.12.2022-ci il tarixində Azərbaycan Kuboku ¼ final mərhələsinin “Turan Tovuz” – “Kəpəz” oyununda kənar şəxslərin meydana daxil olmasına görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilsin ( maddə 49.2.).
 
20.12.2022-ci il tarixində Azərbaycan Kuboku ¼ final mərhələsinin “Turan Tovuz” – “Kəpəz” oyununda pirotexniki vasitələrdən istifadə edildiyinə görə “Turan Tovuz” klubu 800 manat cərimə edilsin ( maddə 51.2.).
 
20.12.2022-ci il tarixində Azərbaycan Kuboku ¼ final mərhələsinin “Turan Tovuz” – “Kəpəz” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələrin işlənməsinə görə “Kəpəz” klubu 4000 manat cərimə edilsin  ( maddə 41.7.).
 
20.12.2022-ci il tarixində Azərbaycan Kuboku ¼ final mərhələsinin “Turan Tovuz” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 9 nömrəli oyunçusu Mate Kvrikvia oyundan sonra ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.2).
 
20.12.2022-ci il tarixində Azərbaycan Kuboku ¼ final mərhələsinin “Turan Tovuz” – “Kəpəz” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən stadiona dəymiş ziyan (oturacaqların sındırılması) “Kəpəz” klubu tərəfindən tam ödənilsin (maddə 49.4.).
 
22.12.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın IX turunun “Çinar Zəngilan” – “Advokat” oyununda “Çinar Zəngilan” komandasının məşqçisi İsmayıl Mirzəzadə oyunun 27:24 dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun oyunlardan kənarlaşdırılsın. (maddə 47.3).
 
18.12.2022-ci il tarixində AFFA U-17 Qızlar Liqasının “Gömrükçü” - “İnter” oyununda “Gömrükçü” komandasının oyunçusu Aida Oksina oyunun 65-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1).
 
18 dekabr 2022-ci il tarixində AFFA Region Liqasının “Karvan” – “Marxal” oyununda oyunun 90+2-ci dəqiqəsində “Marxal” komandası meydanı tərk etdiyinə görə “Marxal” komandasına 0:3 hesabı ilə məğlubiyyət verilsin. (maddə 52.1).
 
18 dekabr 2022-ci il tarixində AFFA Region Liqasının “Bakı Atletik” – “Dirçəliş” oyununda “Bakı Atletik” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Bakı Atletik” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin. (maddə 55.1)
Bakı Atletik komandası artıq ikinci dəfədir oyuna gəlmir.
 
15 dekabr 2022-ci il tarixində AFFA Gənclər Liqasının “Qarabağ” – İCBFA oyununda “Qarabağ” komandasının futbolçu Xəyal Ələkbərli qarşılaşmanın 85-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1).
 
15 dekabr 2022-ci il tarixində AFFA Gənclər Liqasının “Səbail” – “Qəbələ” oyununda “Səbail” komandasının futbolçusu İftixar İbrahimov qarşılaşmanın 54-cü dəqiqəsində qeyri idman hərəkətinə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1).
 
15 dekabr 2022-ci il tarixində AFFA Gənclər Liqasının “Səbail” – “Qəbələ” oyununda “Qəbələ” komandasının futbolçu Rüfət Bədəlzadə qarşılaşmanın 54-cü dəqiqəsində hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın. (maddə 41.3) Meydanı tərk edən zaman hakimlər briqadasını təhqir etməyə davam etmişdir.
 
16 dekabr 2022-ci il tarixində AFFA U-16 Liqasının “Qəbələ” – “Sabah” oyununda “Qəbələ” komandasının 4 nömrəli futbolçusu Səmid Əhmədov qarşılaşmanın 28-ci dəqiqəsində düşüncəsiz hərəkətə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1).
 
17 dekabr 2022-ci il tarixində AFFA U-15 Liqasının “Şimal Elit” – “Cənub Elit” oyununda “Şimal Elit” komandasının futbolçusu İlham Beybutov qarşılaşmanın 32-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1).
 
18 dekabr 2022-ci il tarixində AFFA U-15 Liqasının “Səbail” – “Qəbələ” oyununda “Qəbələ” komandasının 6 nömrəli futbolçusu Gündüz Əhmədov qarşılaşmanın 63-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1).
 
18 dekabr 2022-ci il tarixində AFFA U-14 Liqasının “Qazax Gənclər” – “Turan Tovuz” oyununda “Qazax Gənclər” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Qazax Gənclər” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin. (maddə 55.1).
 
18 dekabr 2022-ci il tarixində AFFA U-13 Liqasının “Kürdəmir Gİİ” – “Şamaxı” oyununda “Kürdəmir Gİİ” komandasının baş məşqçisi Nahid Vahidzadə oyunun 41-ci dəqiqəsində meydana daxil olaraq hakimə sərt şəkildə etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılsın. (maddə 41.4).
 
18 dekabr 2022-ci il tarixində AFFA U-13 Liqasının “Kürdəmir Gİİ” – “Şamaxı” oyununda “Kürdəmir Gİİ” komandasının futbolçusu Həsən Şükürov oyunun 55-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 41.1).
 
17 dekabr 2022-ci il tarixində AFFA U-13 Liqasının “Kür” (Samux) – “Ümid” (Gəncə) oyununda “Kür” komandasının heyətində yetərsay olmadığı üçün oyunun baş tutmamasına görə “Kür” komandasına 0:3 hesabı ilə məğlubiyyət verilsin. (maddə 55.1).
 
17 dekabr 2022-ci il tarixində AFFA U-12 Liqasının “Baku FA” – “Şirvansaray” oyununda “Baku FA” klubunun heyətində yetərsay olmadığı üçün oyunun baş tutmamasına görə “Baku FA” komandasına 0:3 hesabı ilə məğlubiyyət verilsin və bu hal üçüncü dəfədir təkrarlandığı üçün komanda yarışlardan kənarlaşdırılsın (maddə 55.1) 
“Baku FA” komandası artıq üçüncü dəfədir oyuna gəlmir.
 
18 dekabr 2022-ci il tarixində AFFA U-12 Liqasının “Aran” – “İsmayıllı” oyununda “İsmayıllı” komandasının 15 nömrəli futbolçusu Büsat Əhmədov oyunun 40-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1).
 
18 dekabr 2022-ci il tarixində AFFA U-11 Liqasının “Ruslan” (Gəncə) –“Gəncəvi” (Gəncə) oyununda “Ruslan” komandasının rəsmisi Həsən Abdullayev oyunun 40-cı dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1).

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
20:18

Avropa Liqası: "Sabah" "Sele"yə qalib gəlir - YENİLƏNIR

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

Facebookdan bizi izləməyi unutmayın.
X