Xorvatiya millisinin hücumçusu Mislav Orşiç qış transfer pəncərəsində "Dinamo"dan ayrılacaq.
Fanat.Az "İndex.hr" portalına istinadən xəbər verir ki, azərbaycanlı forvard Mahir Emrelinin komanda yoldaşı və həmampluası İngiltərə Premyer Liqadan təklif alıb.
Söhbət İPL-də sonuncu pillədə qərarlaşan "Sauthempton"dan gedir.
"Dinamo" klubu ingilislərin ilk təklifini rədd etsə də, qarşı tərəfin Orşiçi yeddi milyon avro və bəzi bonuslar qarşılığında buraxmaq istəyən zaqreblilərlə anlaşacağı gözlənilir. Orşiçin hazırlıq üçün Rovincə getmədiyini və Zaqrebdə qaldığını nəzərə alsaq, transferin tezliklə başa çatacağı bildirilir. Xorvat forvard satılacağı halda, Emreli daha çox oynamaq şansı qazana bilər.
Mirağa